New-York Mərkəzi Parkı Sahə Xəstəxanasına çevrilir

30 Mart 2020 14:39 (UTC+04:00)

Rekord sayda, yəni, 10 mindən çox olan koronavirus qurbanının olduğu İtaliyada karantinin uzadılması elan edilib. Çexiya hakimiyyəti pandemiyanın zirvəsinin bu ölkədə məhz aprel ayında baş verəcəyinə inanır. SİA xarici mətbuata istinadən xəbər verir ki, hətta bir müddət əvvəl məhdudlaşdırıcı tədbirlər tətbiq edən ABŞ Prezidenti Donald Trump, Nyu-Yorku indi ölkənin ən qaynar nöqtəsi adlandırır.

Artıq 52 mindən çox təsdiqlənmiş yoluxma hadisəsi var. New-Yorkdakı Mərkəzi Parkda təcili olaraq bir xəstəxana tikintisinə əsgər və texnika cəlb edilib.
Polis özünü təcridetmə rejimini pozmaq qərarına gələnlərlə sərt davranır.