Evdən qızıl-zinət əşyaları oğurlandı

30 Mart 2020 14:35 (UTC+04:00)

Xaçmaz rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən V.Süleymanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də rayon ərazisindəki evlərin birindən 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Süleymanov saxlanılıb.