Koronavirusa yoluxan müğənni xəstəxanaya yerləşdirilib

30 Mart 2020 14:27 (UTC+04:00)

İspan opera müğənnisi Placido Dominqo koronavirusla əlaqəli ağırlaşmalara görə Meksikadakı bir xəstəxanaya yerləşdirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumatda bildirilir ki, müğənninin nümayəndəsinin sözlərinə görə, 79 yaşlı ifaçı sağalmaqdadır. Dominqonun infeksiyaya yoluxduğu martın 22-də məlum olub.
"Məndə hərarət və öskürək var idi, buna görə bir test etmək qərarına gəldim və nəticə müsbət oldu", deyə İspan opera müğənnisi bildirib.
Xatırladaq ki, dünyada koronavirus xəstəliyinə yoluxanların sayı 712 min nəfərdir və 33 599 nəfər də koronavirus infeksiyası nəticəsində dünyasını dəyişib. Bununla yanaşı 150.8 min nəfər tamamilə sağalıb.