Daha bir zəlzələ baş verdi 5.5 bal gücündə

30 Mart 2020 14:08 (UTC+04:00)

Alyaskada 5.5 bal gücündə zəlzələ qeydə alınıb. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Altay-Sayan şöbəsi məlumat yayıb.

Məlumata görə, 5,5 bal gücündə zəlzələ ABŞ-da Aleut adalarında baş verib. Zəlzələnin episentri Unalashka şəhərindən 115 km şimalda qeydə alınıb. Zəlzələnin intensivliyi "çox güclü" olaraq qiymətləndirilir.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.