"Kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilsin"

30 Mart 2020 13:07 (UTC+04:00)

"Kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilməsi məqsəduyğun olardı". SİA-nın xəbərinə görə bunu millət vəkili Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, bununla bağlı dünya təcrübəsində nümunələr var: "3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm".