"Karantin rejimi haqqında” qanun qəbul etməliyik"

30 Mart 2020 12:39 (UTC+04:00)

"Azərbaycanda karantin rejimi elan olunsa da, hüquqi anlayış verilməyib". SİA-nın xəbərinə görə, bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

"Biz mütləq "Karantin rejimi haqqında" qanun qəbul etməliyik. Parlamentin karantin rejimini təsdiq etməsi üçün hüquqi bazamız yoxdur. Biz hüquqi çərçivəni müəyyənləşdirməliyik", - deyə millət vəkili qeyd edib.