Xüsusi karantin rejimi ilə bağlı məhdudiyyətlər deputatlara şamil edilməyəcək

30 Mart 2020 12:23 (UTC+04:00)

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı 65 yaşdan yuxarı insanlara tətbiq edilən məhdudiyyətlər deputatlara şamil edilməyəcək. SİA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 5-ci maddəsinə təklif edilən dəyişiklikdə qeyd olunur:

"Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər Milli Məclisin deputatlarına şamil edilmir".

Dəyişiklik müzakirələrdən sonra birinci oxunuşda səsə qoyularaq qəbul edilib.