"Böyük şirkətlər məsuliyyəti dövlətlə bərabər bölüşməlidir"

30 Mart 2020 12:18 (UTC+04:00)

"Böyük şirkətlər, restoranlara üzümü tutub demək istəyirəm ki, işçiləri ixtisara salmayın, maaşlarını verin". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişikliklə bağlı müzakirədə deyib.

O söyləyib ki, böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir: "Biz hər şeyi dövlətdən gözləməməliyik. İmkanlı insanlar, böyük şirkətlər bu məsuliyyəti dövlətlə bölüşməlidir. Bu gün kiçik və orta sahibkarları başa düşmək olar. Ancaq böyük şirkətlər və imkanlı insanlar dəstəyini əsirgəməməlidir".