Yaponiya sərhədləri bağlayır

30 Mart 2020 12:03 (UTC+04:00)

Yaponiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar öz sərhədlərini bir sıra ölkələrin vətəndaşları üçün bağlayır.

SİA-nın məlumatına görə, qərar Avropa ölkələri, ABŞ, Çin və Cənubi Koreya vətəndaşlarına şamil olunur.

Məhdudiyyətin müddəti barədə məlumat verilmir.

Qeyd olunur ki, sərhədlərin bağlanması bəzi Cənub-Şərqi Asiya və Afrika ölkələrinə də aid ola bilər.