Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib FOTO

30 Mart 2020 11:51 (UTC+04:00)

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan sektorunda Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, təlimin keçirilməsində əsas məqsəd əlverişli əməliyyat rejiminin saxlanılmasını təmin və neft-qaz hasilatı rayonlarının, həmçinin sualtı boru kəmərlərinin keçdiyi ərazilərin mühafizəsini təşkil etməkdən ibarət olub.

Təlimin sonunda gəmi və kater heyətlərinin ümumi fəaliyyətləri nəzərdən keçirilərək təhlil edilib.