Kərə yağı və süddən hazırlanmış yağların idxalı artıb

30 Mart 2020 11:46 (UTC+04:00)

Yanvar-fevral aylarında ölkəyə 2182 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. SİA Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, idxal edilən yağların dəyəri isə 10,8 milyon ABŞ dolları olub.

Xatırladaq ki, keçən ilin eyni dövründə ölkəyə 9,2 milyon dollarlıq 1797 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.