Ziyafət Əsgərov: "Bu virusu pronozlaşdırmaq mümkün deyil"

30 Mart 2020 11:31 (UTC+04:00)

"Milli təhlükəsizlik millətin genefondu məsələsidir. Bu koronavirusu bəşəriyyətə qarşı müharibə hesab edirəm. Artıq BMT-nin üzvü olan dövlətlərdə virus var. Bu virusu pronozlaşdırmaq mümkün deyil". SİA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Z.Əsgərov bildirib ki, artıq bir çox dövlətlər bu viruda qarşı mübarizəyə başlayıblar:

"İldə 4 dəfə çağırış olur. Hazırdakı vəziyyət belədir ki, apreldə olan çağırış mayın 30-qədər uzadılır. Çünki biz bu virusu hərbi hissələrə daşıya bilmərik. Əgər bu virus hərbi hissələrə keçsə bunun qarşının ala bilmərik. Bir məsləni qeyd etmək istəyirəm. Çində bu virus yarananda dəmir intizama başlanıldı. Avropada isə bu məsələ Fransa, İngiltərə, İtaliyada həyata keçirilir. Biz iki virusa qarşı mübarizə aparırıq- həm ermənilərə həm də COVİD-19-a qarşı. Vətəndaşlarımızdan xahış edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər. Dəmir nizam-intizam olmasa pis olacaq. Bu gün bütün bəşəriyyət koronavirus pandemiyasına qarşı mübarizə aparır. Azərbaycan rəhbərliyinin, Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban xanım Əliyeva tərəfindən görülən tədbirlər nətiəsdinə ölkəmizdə digər ölkələrdən fərqli olaraq bu virusun törətdiyi xəstəlik çox böyük fəsadlara gətirib çıxarmayıb".