"Hərbi səfərbərlik və çağırış haqqında” qanunu yenidən hazırlamalıyıq" TƏKLİF

30 Mart 2020 11:16 (UTC+04:00)

"Biz üç virusa qarşı mübarizə aparırıq. Bunlar koronavirus, Ermənistan və sapı özümüzdən olan baltalardır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bəziləri xaricdə və daxildə olan vasitələrlə bunun daha da genişlənməsi, hökumətin bunun öhdəsindən gəlməməsi ilə bağlı fikirlər səsləndirirlər: "Ancaq xaricdə olan həmin şəxslərin çoxu olduqları ölkələrdə heç çölə çıxa bilmirlər".

S.Novruzov qeyd edib ki, hərbi çağırış müddətinin hər dəfə parlament tərəfindən uzadılması mürəkkəb prosesdir: "Ona görə də "Hərbi səfərbərlik və çağırış haqqında" qanunun təkmilləşdirilməsinə ehtiyac var. Dünyanın heç yerində 4 dəfə çağırış yoxdur. Dünyada iki dəfə çağırış olur: yaz və payız. Ümumilikdə götürəndə biz "Hərbi səfərbərlik və çağırış haqqında" qanunu yenidən hazırlamalıyıq. Çünki bu virusun hələ nə zaman bitəcəyi proqnozlaşdırılmır".