Tramp yenə mətbuatı yalançılıqda ittiham etdi

30 Mart 2020 10:59 (UTC+04:00)

Trampın CNN və PBS müxbirlərinə "yalan xəbər" reaksiyası mətbuat konfransına damğa vurub. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Mütəmadi olaraq yalan xəbər yayımladıqlarının irəli sürüldüyü mətbuat agentlikləri CNN və PBS müxbirlərini danlayan Tramp, PBS müxbiri Yamiç Alkindoru " Daha əvvəl bəzi əyalətlərin ehtiyyacından artıq tələblərini olduğunu söyləmisiniz" deməsindın sonra belə bir açıqlama vermədiyini iddia edib.

Alkindorun Trampa həftə ərzində Fox News-a verdiyi açıqlamaları xatırlatdıqdan sonra, Tramp Alkindorun təhdidlə danışdığını və digər müxbirlərin vaxtlarından oğurladığını söyləyib.

Daha sonra Tramp CNN müxbiri Ceremy Diamonda "Sualınız və cavabınız yalandır. CNN yalan xəbərlər verir" deyə qışqırıb.