“2 ailəyə dəstək olan hansısa müğənnini tanıyırsınız?”

30 Mart 2020 12:26 (UTC+04:00)

Aparıcı Rövşanə Ağasəfqızı müğənniləri tənqid atəşinə tutub. SİA-nın məlumatına görə, aparıcı Türkiyədəki sənətçiləri misal gətirərək azərbaycanlı ifaçıların kasıb ailələrə kömək etməməkdə günahlandırıb: "Seda Sayan 360 ailəyə dəstək oldu. Xoşbəxt vaxtlarımızda yerli müğənnilər toya 10-15 min manata idarə edirdilər. Qiymətlərində 1 manat da olsa endirim etmirdilər. 2 ailəyə dəstək olan kimisə tanıyırsınızsa, adını deyin. Biz də alqış edək".