Bakının Nərimanov rayonunda 4 minik avtomobili toqquşub

30 Mart 2020 01:51 (UTC+04:00)

Bakının Nərimanov rayonunda 4 minik avtomobili toqquşub.

SİA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Məhərrəm Qurbanov idarə etdiyi "Toyota" markalı avtomobildə qəfil əyləcdən istifadə edib. Bu zaman Kənan Məmmədovun idarəetməsində olan "Opel" ona çırpılıb. Hər iki sürücü qəzadan sonra avtomobildən düşərək nəqliyyat vasitələrinə baxan zaman "Mitsubishi" markalı avtomobil hər iki sürücünü vurub. Bundan başqa, eyni istiqamətdə hərəkətdə olan "Opel" "Mitsubishi"yə çırpılıb. Xəsarət alan sürücülər 1 saylı Xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.