Soçi-Moskva reysi ilə uçan sərnişin təyyarəsi “Şeremetyevo” hava limanına qəza enişi edib

30 Mart 2020 01:25 (UTC+04:00)

Soçi-Moskva reysi ilə uçan “Boeing 737” tipli sərnişin təyyarəsi sol mühərrikdə yaranmış nasazlıq siqnalından sonra Rusiya paytaxtının “Şeremetyevo” hava limanına müvəffəqiyyətlə eniş edib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verib.

“Təyyarə saat 23:45-də ştat rejimində enib”, - məlumatda belə deyilir.