35 yaşlı şəxs kirayə qaldığı evdə bıçaqlanıb

30 Mart 2020 01:04 (UTC+04:00)

Gəncədə bıçaqlanma olub.

SİA xəbər verir ki, hadisə şəhərin Köhnə Şəmkir avtovağzalı adlanan ərazisində qeydə alınıb.

1985-ci il təvəllüdlü Elfaq İsayev kürək nahiyəsindən aldığı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı səbəbdən bıçaqlanması məlum deyil.

Məlumata görə E.İsayev kirayə qaldığı evdə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.