Bakıda restoranda yanğın baş verib.
SİA Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli restoranın bacasında yağ qalıqları və dam örtüyündə quraşdırılan havatəmizləyici qurğu yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 4 m² sahədə əriyib. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.