Naxçıvanda koronavirus yoxdur - Rəsmi açıqlama

29 Mart 2020 18:58 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb.

SİA xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov bildirib.

Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur. “Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın bütün şəhər, rayon və kəndlərindəki bütün təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara qarşı dezinfeksiya işləri aparılır. Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər.

Şükür ki, Naxçıvanda koronavirusa yoluxma faktı yoxdur. Lazımi profilaktik və dezinfeksiya tədbirləri müntəzəm olaraq davam etdirilir. Muxtar respublikaya xarici ölkələrdən giriş dayandırılıb. Ahıl və xüsusi qayğıya ehtiyacı olanlara evlərində sosial xidmətlər göstərilir. Naxçıvanın xəstəxanaları da ən müasir səviyyədədir və lazımi imkanlara malikdir”, - deyə Səhiyyə naziri bildirib.