Bibiheybət məscidindən şəhər istiqamətinə nəqliyyatın yeni yol ilə hərəkəti məhdudlaşdırılır

29 Mart 2020 18:27 (UTC+04:00)

Bibiheybət məscidindən şəhər istiqamətinə nəqliyyatın yeni yol ilə hərəkəti müvəqqəti məhdudlaşdırılır.

SİA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır. Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.

Məhdudlaşma ərazidə tikinti-bərpa işləri aparılan bir-neçə gün ərzində qüvvədə olacaq.