Azərbaycan XİN ABŞ-a təşəkkür etdi

29 Mart 2020 17:17 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi koronavirusla mübarizə üçün ayırdığı yardıma görə ABŞ-a təşəkkür edib. SİA-nın verdiyi məlumata görə, bu barədə XİN-in " Twitter" səhifəsində məlumat yerləşdirilib. "COVID-19 ilə mübarizədə əvəzsiz yardımı üçün Birləşmiş Ştatlara təşəkkürümüzü bildiririk. Bu, müvəqqəti çətin günlərdə səylərimizi birləşdirib, bir-birimizi dəstəkləyərək koronavirusa məğlub edəcəyik. Biz ABŞ-la birlikdəyik. Birlikdə güclüyük", - paylaşımda deyilir.