Koronavirusa görə prezident seçkiləri təxirə salındı

29 Mart 2020 15:23 (UTC+04:00)

Polşada coronavirus səbəbiylə prezident seçkilərinin təxirə salınmasına icazə verildi. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə hazırki prezident Ancey Duda bildirib.

Məlumata görə, Polşada bu il mayın 10-na təyin edilmiş prezident seçkiləri koronavirus pandemiyası səbəbiylə təxirə salına bilər. Polşa hökuməti, koronavirus pandemiyası səbəbiylə təxirə salınmasını tələb edən müxalif etirazlara baxmayaraq, mayın 10-da seçkilər keçirmək niyyətindədir. Ancaq Ancey Duda seçki tarixinin əlçatmaz ola biləcəyi bir ssenari hazırlayıb.
"Epidemiya beləcə davam edərsə, həmişə olduğu kimi mövcud nizam-intizama və hazırki məhdudiyyətlərə riayət edəcəyik. Hesab edirəm ki, belə də davam edəcəyi təqdirdə seçki tarixi dəyişdirilə bilər", deyə Polşa prezidenti bildirib.
Xatırladaq ki, hazırda Polşada 1,5 mindən çox koronavirus hadisəsi aşkarlanıb və 19 nəfər ölüb.