Şəfiqə Məmmədova ordenlə təltif edildi

29 Mart 2020 15:21 (UTC+04:00)

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şəfiqə Haşım qızı Məmmədova 1 ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da bununla bağlı sərəncam imzalayıb.