Karantini pozmasına görə vətəndaşın pasportu ləğv edildi

29 Mart 2020 14:28 (UTC+04:00)

Sinqapur vətəndaşının pasportu karantin qaydalarını pozulması səbəbindən ləğv edilib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkənin İmmiqrasiya və Nəzarət İdarəsi məlumat yayıb.

Məlumata görə, bir nəfər öz vətəninə İndoneziyadan gəlib və qaydalara əsasən o, 14 gün özünü təcrid etməli imiş. Ancaq vətəndaş gəldiyi gün yenidən İndoneziyaya qayıtmaq qərarına gəlib, ancaq yenidən evə qayıtmaq istəyərkən pozuntulara görə pasportu ləğv edilib.

"Tələblərə və qaydalara əməl etməyənlərə qarşı sərt tədbirlər görəcəyik" deyə nazirlik izahat verib. Şöbə əlavə edib ki, son 14 gün ərzində Cənub-Şərqi Asiya ölkələrində olan və Sinqapura girən bütün vətəndaşlar iki həftə karantində olmalıdırlar.
Sinqapur Səhiyyə Nazirliyi bu hadisələri izləyir.