Coronavirusa yoluxan ilk məhbus öldü

29 Mart 2020 14:17 (UTC+04:00)

Koronavirus xəstəsi olan ilk məhbus Amerika həbsxanasında həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Həbsxanaları Federal Bürosunun məlumatında qeyd olunur.

Məlumata görə, ölümündən bir müddət əvvəl, 49 yaşlı Patrik Cons COVID-19 üçün sınaqdan keçirilib. Test nəticələri müsbət nəticə göstərib və onda koronavirus xəstəliyinin olması təsdiqlənib. Məhkum, ölümündən 9 gün əvvəl öskürəkdən şikayətlənib və məhz 9 gündən sonra ölüb. Consun xroniki sağlamlıq problemləri olduğu da qeyd olunur.
Xatırladaq ki, son məlumatlara görə, ABŞ-da koronavirus virusuna yoluxanların sayı 120 mindən çoxdur və artıq 2 mindən çox insan bu xəstəlik səbəbindən ölüb.