İldırım kilsənin başlığını vurdu

29 Mart 2020 14:06 (UTC+04:00)

Baltimordakı tarixi bir kilsənin başlığını ildırım vurub. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə “Baltimore Sun” məlumat yayıb.

Məlumata görə, Amerikan Baltimorunda, XIX əsrin ortalarında tikilən tarixi bir kilsənin başlığını 28 mart tarixində ildırım vurub.

Qeyd olunur ki, yanğına qarşı mübarizə aparan təcili yardım xidmətləri hadisə yerinə tez gəliblər. Yerli sakinlər ildırımın kilsənin başlığını vurma və onun düşmə anını çəkə biliblər.

Pastor Con Uilliamsın dediyinə görə şənbə günü bu vaxtlar tikilinin daxilində dualar edilir, lakin koronavirus epidemiyası səbəbindən binada heç kim olmayıb.

Ehtiyat tədbiri olaraq onlarla sakin təxliyə edilib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.