Koronavirusdan ilk körpə ölümü ABŞ-da

29 Mart 2020 11:35 (UTC+04:00)

ABŞ-ın Çikaqo şəhərində koronavirusa yoluxan 1 yaşı tamam olmamış körpə ölüb. SİA-a TASS-a istinadən xəbər verir ki, bu barədə İllinoys ştatının Səhiyyə Departamentinin rəsmi saytında məlumat verilib. Qeyd olunub ki, buna qədər COVID-19 ilə əlaqədar körpə ölümü hadisəsi olmamışdı və bu, ilk belə haldır.