Virusa yoluxanların sayı 35 mini ötüb İranda

29 Mart 2020 10:28 (UTC+04:00)

İranda koronavirusa yoluxanların və həyatını itirənlərin sayı artmaqda davam edir. SİA İranın koronovirusla mübarizə üzrə operativ qərargahına istinadən xəbər verir ki, martın 28-də virusa yoluxanların sayı 35 min 408, ölənlərin sayı isə 2517 nəfərə çatıb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 11 min 679 nəfər sağalaraq evə buraxılıb. İranda müalicə alan 3206 nəfərin vəziyyəti qənaətbəxş deyil.