Türkiyə HHQ İraqın şimalında 8 PKK terrorçusunu zərərsizləşdiriblər

29 Mart 2020 04:22 (UTC+04:00)

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 8 PKK terrorçusunu zərərsizləşdiriblər.

SİA Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyat Metina rayonunda həyata keçirilib.

Qeyd edilir ki, İraqda əməliyyatlar davam etdirilir.