Koronavirusa yoluxanların sayı 570 min nəfəri ötdü Dünyada

29 Mart 2020 09:11 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı son 24 saat ərzində 60 min nəfər artıb. SİA Ümumdünya Səhiyyə Təşkilatının saytına istinadən xəbər verir ki, koronavirusa yoluxanların sayı 570 min nəfəri ötüb, xəstəlikdən ölənlərin sayı 26,5 minə çatıb. Hazırda COVID-19 infeksiyasına ən çox yoluxma ABŞ-da qeydə alınıb. Hazırda Birləşmiş Ştatlarda 121 117 nəfər koronavirusa yoluxub. ABŞ-da COVID-19 qurbanlarının sayı 2 010 nəfərə çatıb. Dünyada koronavirusdan ən çox ölüm isə İtaliyada təsdiq edilib.

Ötən gün ərzində bu ölkədə koronavirusdan 889 nəfər ölüb, minlərlə italiyalı yeni virusa yoluxub. Bununla yanaşı, qədim köhnə aparıcı dövlətlərindən birinin 12 384 vətəndaşı virusdan sağalaraq yenidən həyata qayıdıb. İtaliyada 92 mindən çox insan virus daşıyıcısıdır.