Rusiyada qamışlığın yanması bir yanğınsöndürənin həyatını "söndürüb"

29 Mart 2020 08:28 (UTC+04:00)

Rusiyanın Rostov-Don şəhərində 10 hektar qamışlıq ərazidə güclü yanğın baş verib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, Çemordaçka küçəsi, 4a ünvanında baş verən yanğının söndürülməsinə Mi-8 vertolyotu və yanğından mühafizə briqadaları cəlb edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Dördüncü çağırışla əraziyə gələn yanğınsöndürənlərdən biri yanğın söndürülərkən həlak olub.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, yanğının qəsdən törədilməsi ehtimal edilir.