Əfsanəvi qapıçı Rüştü Rəcbər koronavirusa yoluxub

29 Mart 2020 00:48 (UTC+04:00)

Türkiyə milli komandasının sabiq qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub.

SİA "cnnturk.com" saytına istinaadən bildirir ki, bunu veteran futbolçunun həyat yoldaşı İşıl Recber açıqlayıb.

O bildirib ki, 47 yaşlı Rüştü COVİD-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib: “Ailəliklə verdiyimiz testlərdə mənim, qızımın və oğlumun analizləri neqativ çıxdı. Rüştüdə isə pozitiv oldu. Buna görə də o xəstəxanaya yerləşdirilib”.