Ən yaxşı antivirus vasitəsi

28 Mart 2020 19:57 (UTC+04:00)

Belarusiya Prezidenti Aleksandr Lukaşenko xokkeyi ən yaxşı antivirus vasitəsi adlandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə TASS ONT-yə istinadən məlumat yayıb.

Prezident İdman Klubunun mükafatı uğrunda görüşdən sonra koronavirus pandemiyası kontekstində idmana olan münasibətindən danışıb. O, "burada virusların olmadığını" bildirib.
"İdmandan, xüsusən də buzdan daha yaxşı bir şey yoxdur. Gerçəkən də bu ən yaxşı antivirusal vasitədir", deyə Belarusiya Prezidenti bildirib.
Xatırladaq ki, son məlumatlara görə, Belarusiyada 94 koronavirus hadisəsi qeydə alınıb. Ölkədə ölümlə nəticələnən hadisə baş verməyib.
Belarusiyada da universal karantin yoxdur. Ölkə sərhədləri bağlamayıb, amma qonşu ölkələr Belorusiya ilə sərhədləri bağlayıb.