Rusiyada dərman perparatları test edilir - ciddi işlər aparılır COVID-19

28 Mart 2020 15:28 (UTC+04:00)

Rusiyanın Səhiyyə nazirliyi COVID-19-la mübarizə çərçivəsində virusun müalicəsi və profilaktikası istiqamətindəki yeniləşdirilmiş tövsiyəsini təqdim edib. SİA Arqumentı i Faktı nəşrinə istinadən xəbər verir ki, əsasən virusun laboratoriya diaqnostikası hissəsi genişləndirilib, infeksiyanın ağırlığı baxımından müalicə sxemləri dəqiqləşdirilib. Həmçinin, tövsiyələrə yeni əlavələr də olunub ki, bu da xəstələnmiş gənc analara və hamilələrə aiddir.

Perparatlara gəlincə, yaşlı insanların müalicəsi üçün nazirlik tövsiyə edir ki, parasetramol, lopinavir və ritonavir, xloroxin, hidroksidxloroxin və interferon perparatlarından istifadə olunsun. Rusiyanın Səhiyyə nazirliyi qeyd edib ki, koronavirusa qarşı mübarizə sahəsində aparılan klinik tətqiqatlardan umifenovir, remdesevir, favipiravir kimi perparatlar sınaqdan çıxarılmaqdadır.

Nazirlikdən o da bildirilir ki, COVID-19-dan müalicə baxımından hazırkı halda bu dərman vasitələrinin effektivliyi, ya da qeyri-effektivliyi sübuta yetirilməyib. Ona görə də, hər konkret hadisədə onların qəbulu yalnız həkim komissiyasının rəyi əsasında mümkün ola bilər.