Oğurluq etdiyinə görə tutuldu

28 Mart 2020 15:24 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini B.Abdullayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisindəki mağazaların birindən 104 manat pul, 1000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Abdullayev saxlanılıb.

Ətraflarında aparılmış tədbirlərlə onun bir metal qəbulu məntəqəsindən 2945 manat dəyərində metal qırıntıları oğurlaması da müəyyən edilib.