Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı

28 Mart 2020 09:52 (UTC+04:00)

Milli Məclisin deputatlarının koronavirusa görə tibbi müayinədən keçməsinin nəticələri açıqanıb. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu SİA-ya bildirib ki, tibbi müayinə nəticəsində deputatların heç birində koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, deputatlar Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasından öncə koronavirusa görə müayinədən keçib.