Respublika Uşaq Kitabxanasının kiçikyaşlı oxucularına şad xəbər

28 Mart 2020 09:44 (UTC+04:00)

Koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə çərçivəsində ölkəmizdə müxtəlif qabaqlayıcı tədbirlər görülür. SİA-nın məlumatına görə, F.Köçərli adına Respublika Uşaq Kitabxanası bu müddət ərzində kiçikyaşlı oxucularına dəstək olmaq məqsədilə onları kitabxananın www.clb.az internet ünvanında yerləşən multimedia bölməsində 180 audio nağılı dinləməyə dəvət edir.

Kitabxananın internet ünvanına daxil olmaqla evdə olduğunuz günlərdə müxtəlif nağılları dinləmək, mütaliəni davam etdirmək olar.