Türk Hava Yolları bütün beynəlxalq uçuşları dayandırdı

28 Mart 2020 08:24 (UTC+04:00)

Türk Hava Yolları (THY) bütün beynəlxalq uçuşları dayandırdı.

SİA xəbəər verir ki, bu barədə şirkətin baş direktoru Bilal Ekşi öz "Twitter" səhifəsində yazıb.

B.Ekşi bildirib: "Koronavirusla mübarizə çərçivəsində bütün beynəlxalq uçuşlarımız dayandırılıb. Şənbə günü 23:59-dan etibarən daxili reyslər İstanbul və Ankaradan bəzi mərkəzi şəhərlərə uçuşlarla məhdudlaşacaq".

Baş direktor əlavə edib ki, daxili reyslər İstanbul Hava Limanından və Ankara Esenboğa Hava limanından həyata keçiriləcək.