Gəncədə 27 yaşlı gənc bıçaqlanıb

27 Mart 2020 23:57 (UTC+04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

SİA-nın Gəncə müxbiri xəbər verir ki, hadisə şəhərin Gülüstan yaşayış massivində qeydə alınıb.

1993-cü il təvəllüdlü Salehli Şəhriyar Vüqar oğlu sağ bud nahiyəsin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov