ABŞ-ın iqtisadi vəziyyəti Böyük Depressiya

27 Mart 2020 18:54 (UTC+04:00)

ABŞ-dakı mövcud iqtisadi vəziyyət Böyük Depressiya ilə müqayisə edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu müqaisəni Washington Post aparıb.

Nəşr ölkədə bir çox müəssisənin fəaliyyətinin dayandırılması səbəbindən iqtisadiyyatın dərin bir tənəzzülə uğradığını və buna görə kütləvi surətdə geri çəkilmələrin olduğunu yazır. Qeyd edildiyi kimi, koronavirusun yaratdığı böhran 1-2 aydan çox davam edərsə, səlahiyyətlilər tərəfindən görülən tədbirlər "dərin iqtisadi tənəzzülü dayandırmayacaq və işçiləri dəstəkləmək üçün kifayət etməyəcəkdir".

Nəşr müəllifi qeyd edir ki, kütləvi ixtisarlar artıq ABŞ-da işsizliyin rekord dərəcədə artmasına səbəb olub. Eyni zamanda, digər işəgötürənlər işçilərinin maaşlarını orta hesabla üçdə biri mislində azaltmaq qərarına gəliblər.

Qeyd olunduğu kimi, ABŞ Prezidenti Donald Tramp, ölkənin özəl sektorunun işini aprelin 12-dək qismən bərpa etmək istəyir, lakin mütəxəssislər bunun koronavirus qurbanlarının sayının artmasına və tənəzzülün artmasına səbəb ola biləcəyindən qorxurlar.

Martın 27-i səhər saatlarına olan məlumatlara görə, dünyada COVID-19-ə 538 758 nəfər yoluxub. Qurbanların sayı isə 24 215 nəfər təşkil edib. Hazırda 124.140 nəfər sağalan var.

İtaliya qurbanlarının sayına görə liderdir. Orada 10 361 nəfər ölüb. Yoluxma sayına görə 85.840 nəfərlə ABŞ Çini ötüb. Vəziyyət İspaniya, Almaniya, Fransa və İranda da kəskindir.