İnsan pişiyə koronavirus yoluxdurub BELÇİKADA

27 Mart 2020 17:56 (UTC+04:00)

Belçikanın Lyej veterinar fakültəsinin ekspertləri pişiyin sahibindən koronavirus infeksiyasına yoluxduğunu müəyyən ediblər. “Simptomlar və infeksiyaya yoluxma faktı bunu təsdiq edir”, deyə keçirilən mətbuat konfransında koronavirusla mübarizə qərargahının nümayəndəsi Emmaniel Andre bildirib.

SİA xəbər verir ki, onun sözlərinə görə, bu kifayət qədər az rastlanan və insandan heyvana virusun ötürülməsi faktıdır. Lakin Belçika hökuməti heyvan saxlayan koronaviruslu xəstələrin ev heyvanlarına infeksiya yoluxdurmamaları üzərində profilaktik tədbirlər görüləcəyini bildirib.