Nura toy qiymətlərinə endirim etdi

27 Mart 2020 17:45 (UTC+04:00)

Müğənni Nura Suri toy qiymətində endirim edib. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü məlumat yayıb: "Karantindən sonra toy qiymətini 50 faiz endirirəm. Reklam qiymətinə də keçərlidir. Bir-birimizə dəstək olaq".

Qeyd edək ki, Nura koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün elan edilən karantindən sonra bu addımı atacaq.