Hərbi qulluqçuların icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb

27 Mart 2020 17:14 (UTC+04:00)

Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb. SİA xəbər verir ki, bu "Tibbi Sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlayacaqdı. Dəyişikliyə əsasən, bu müddət 2021-ci il yanvarın 1-dək uzadılıb.