"Əhali panikaya düşmür, dövlətə güvənir" ÖZƏL-AÇIQLAMA

27 Mart 2020 17:01 (UTC+04:00)

“Azərbaycanın peşəkar mediası karantin vəziyyətində özünü çox yaxşı təqdim edir”. Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan MətbuatŞurası sədrinin müavini Müşfiq Ələsgərli deyib.

MŞ-nın sədr müavinin sözlərinə görə, bu dövrdə medianın üzərinə düşənən mühüm funsiyası əhalini mövcud pandemiya haqqında məlumatlandırmaqdır ki, bizim media bunun öhdəsindən layiqincə gəlir: “Həm ölkəmizdə, həm də dünyada pandemiyanın mövcud durumu, yaratdığı fəsadlar, eyni zamanda, onun qarşısının alınması üçün atılan addımlar haqqında yetərli məlumat verir. Çox yaxşı haldır ki, Azərbaycan mediası bu mərhələdə peşəkar işləyir, rəsmi qurumlarla əməkdaşlıq edir və əhaliyə düzgün məlumatlar çatdırır. İndiki zamanda media həm də maarifləndirmə işi aparır. Araşdırmalar edərək, əhaliyə bu virusdan hansı yolla qorunmaq mümkün olması barədə maarifləndirici materiallar təqdim edir.

Diqqət yetirsəkgörərik ki, Azərbaycan mediası indiki dönəmdə, həm də, sosial şəbəkələrdə yayılan təxribatçı informasiyaların zərərsizləşdirilməsi, yalan xəbərlərin effektinin olmaması üçün çalışır. Bu baxımdan da medianın işi peşəkar qurulub, ictimai rəy sabit tutulur, dezinformasiyaların, təxribatların effektsizləşdirilməsinə nail olunur. Əhali panikaya düşmür, dövlətə güvənir, rəsmi təlimatlara uyğun davranır”.