Karantini pozan timsaha yem oldu

27 Mart 2020 16:26 (UTC+04:00)

Ruandada karantini pozan bir balıqçıya timsah hücum edib. SİA xarici mətbuata istyinadən xəbər verir ki, bu barədə BBC, Elis Kayitesi şəhər meriyasına əsasən məlumat yayıb.

Məlumata görə, yerli sakin Nyabarongo çayında balıq tutmaq məqsədi ilə təcrid rejimini özbaşına pozub. Nəticədə həmin adam timsah hücumuna məruz qalıb və yırtıcı onu diri-diri yeyib.
Xatırladaq ki, bir qədər əvvəl Ruandada koronavirusun yayılmasının qarşısını almaq üçün sərt karantin rejimi tətbiq edilib.