Məşhurlarımız "Virusla əlləşmə, vəziyyətlə ayaqlaş!" dedilər VİDEO

27 Mart 2020 15:15 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə müraciət edib. ÜST bununla bağlı kampaniyaya başladığı #evdəqal həştəqi ilə insanları evdə qalmaqla həyatları xilas etməyə çağırıb: "Təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın".

Eyni zamanda koronavirus epidemiyasının yayılmasının qarşısı alınması məqsədi ilə əllə görüşmək qadağan olunub.

SİA-nın məlumatına görə, azərbaycanlı məşhurlar "Virusla əlləşmə, vəziyyətlə ayaqlaş!" başlığı altında video çəkiblər. Həmin görüntülərdə bir çox məşhurlar yer alıb.