İranda baş verən zəlzələ Naxçıvan şəhərinin episentrə yaxın hissəsində zəif hiss olunub

27 Mart 2020 03:07 (UTC+04:00)

İranda 3,3 bal gücündə zəlzələ olub.

SİA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, təkanlar ötən gün yerli vaxtla saat 22.41-də qeydə alınıb.

Ocağının dərinliyi 5 kilometr dərinlikdə olan zəlzələ Naxçıvan şəhərinin episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.