Fransa xəstəxanalarında son sutkada biri 16 yaşlı yeniyetmə olmaqla, 365 ölüm qeydə alınıb

27 Mart 2020 06:00 (UTC+04:00)

Fransada koronavirusa yoluxanların sayı 29 min 155-ə çatıb.

SİA xəbər verir ki, bu haqda Səhiyyə baş direktoru Jerom Salomon mətbuat konfransında deyib.

Bildirib ki, ölkədə 13 min 904 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan 3375-i reanimasiya şöbəsindədir. Fransa xəstəxanalarında koronavirusdan son 24 saat ərzində biri 16 yaşlı yeniyetmə olmaqla 365 ölüm, ümumilikdə isə 1696 ölüm qeydə alınıb. Bu günədək 4948 xəstə sağalıb.