Marakana stadionu müvəqqəti olaraq xəstəxana kimi fəaliyyət göstərəcək

27 Mart 2020 06:28 (UTC+04:00)

Braziliyanın Rio de Janeyrodakı məşhur Marakana stadionu koronavirusa yoluxanların müalicəsi üçün müvəqqəti olaraq xəstəxana kimi fəaliyyət göstərəcək.

SİA "Reuters"ə istinadən xəbər verir ki, Braziliyada koronavirusa yoluxma hallarının çoxalması səbəbindən hökumət bu qərara gəlib.

Qeyd edək ki, bu günədək ölkədə 77 nəfər yeni virusdan dünyasını dəyişib.

Xatırladaq ki, Braziliya Prezidenti Cair Bolsonaro koronavirusun yeni yayılmağa başladığı ərəfədə xəstəliyi "kiçik bir qrip"lə müqayisə edirdi.